Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında şəxsi görüş mümkündür, lakin bu, Moskva və Kiyev arasında müxtəlif sahələrdə aparılan danışıqların nəticəsi olmalıdır. Bu barədə brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.
Kreml sözçünün sözlərinə görə, “belə bir görüşün fundamental mümkünlüyü ilə bağlı mövqedə heç bir dəyişiklik yoxdur”.
“Ancaq belə bir görüş iki nümayəndə heyəti arasında müxtəlif sahələrdə əldə olunan konkret razılaşmaların nəticəsi olmalıdır”, – Peskov vurğulayıb.