Ukraynanın müdafiə naziri, danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov Ukraynanın atəşkəslə bağlı mövqeyini əks etdirən sənədi Rusiyaya göndərdiyini iddia edir.
“Rusiya nümayəndə heyətinin rəhbərinə Ukraynanın mövqeyini əks etdirən sənədimizi verdim. Onlar bu sənədi alıblar”, – o, Facebook-da yazıb.
Umerov qeyd edib ki, sənəd Ukraynanın atəşkəslə bağlı mövqeyinə aiddir.