BMT baş katibin humanitar məsələlər üzrə müavini Tom Fletcher və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək danışıqların son dərəcə məhsuldar olacağına əmindir. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Cənab Fletçer mütəmadi olaraq bir sıra ölkələrə səfər edir. Aydındır ki, Rusiya Federasiyası BMT-nin mühüm tərəfdaşıdır və onun Lavrovla son dərəcə məhsuldar danışıqlar aparacağına əminəm”, – o, məsələ ilə bağlı sualı cavablandırıb.
Fletçerin Lavrovla Moskvada danışıqları iyunun 2-nə planlaşdırılıb. (Tass)