ABŞ prezidentinin elçisi Steven Witkoff, İsrail tərəfindən şərti olaraq təsdiq edilmiş rəsmi atəşkəs təklifini Həmas-a göndərib. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
“Təsdiq edə bilərəm ki, xüsusi elçi Witkoff və ABŞ prezidenti Donald Tramp İsrail tərəfindən dəstəklənən HƏMAS-a atəşkəs təklifi göndəriblər. İsrail təklifi HƏMAS-a göndərməzdən əvvəl təsdiqləyib. Mən də təsdiq edə bilərəm ki, danışıqlar davam edir və biz ümid edirik ki, Qəzzada atəşkəs əldə olunacaq.
Mətbuat katibi danışıqların hazırkı mərhələsinin həssaslığını əsas gətirərək əlavə təfərrüatlar verməkdən imtina edib. O, HƏMAS-ın təklifi qəbul edib-etmədiyinə də cavab verə bilməyib. (Tass)