Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavinləri və katiblərinə diplomatik pasport verilməsi məsələsi müzakirə olunur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O xatırladıb ki, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın ötən iclasda irəli sürdüyü təklif əsaslıdır:
“Hazırda bununla bağlı qanunvericilik təşəbbüsü hüququna malik orqan kimi müzakirələr aparırıq”.