İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında onlarla radikal hərbi obyektə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağı boyunca onlarla hədəfə zərbələr endirib”, – bəyanatda deyilir.
Hücum edilən hədəflər arasında İsrail hərbçiləri “terror təşkilatlarına məxsus hərbi strukturlar”, “tunellər və silah anbarları” və “terror birləşmələri”ni qeyd edib. (Tass)