Qazaxıstan 2025-ci ildə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna İHA-nın hücumu ilə bağlı Kiyevdən hələ də cavab almayıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“Biz Kiyevdən cavab almamışıq. Təbii ki, bu məsələ ilə bağlı narahatlığımızı bildirmişik və cavab gözləyirik”, – o deyib.