İsrailin Qəzza zolağının şimalındakı Cabalya şəhərində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində azı 16 nəfər həlak olub. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Onun məlumatına görə, ölənlər arasında 6 uşaq da var. Qurbanların dəqiq sayı barədə məlumat verilmir.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti İsrail hərbi hava qüvvələrinin bir gündə Qəzza zolağında onlarla hərbi obyektə, o cümlədən “terror təşkilatlarına aid hərbi strukturlara”, “tunellər və silah anbarlarına”, “terrorçu birləşmələrə” hücum etdiyini bildirmişdi. Mətbuat xidməti əlavə edib ki, son 24 saat ərzində İsrail qüvvələri də anklavda “quru əməliyyatını genişləndirib”, “yerdə və yeraltında silah anbarlarını və çoxsaylı terrorçu infrastruktur obyektlərini məhv edib”. (Tass)