İyunun 5-də Düşənbədə keçiriləcək MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclasında Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək. Bu barədə TASS-a Qriqoryanın mətbuat xidməti məlumat verib.
“Biz təsdiq edirik ki, baş nazirin müavini Mher Qriqoryanın Düşənbədə keçiriləcək MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclasında Ermənistandan iştirak edəcək”, – deyə mətbuat xidməti bildirib. (Tass)