İyun 15, 2025-1:37
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

2024-cü ilin büdcə xərclərində bəzi uyğunsuzlaq olub

“2024-cü ilin dövlət büdcəsinin xərcləri üzrə icra edilmiş 250,0 mln. manat və xarici kreditlər üzrə istifadə edilməmiş 70,0 mln. manatdan çox qalıq vəsaitlərin büdcə xərclərinə daxil edilməsi hüquqi aktların meyarlarına tam uyğun gəlmir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, 2024-cü ildə dövlət büdcəsinin xərcləri 37,7 mlrd. manat məbləğində icra edilib. Bu da 2023-cü illə müqayisədə 3,4% çox, proqnozla müqayisədə isə 5,1% azdır. Hesabat ilinin xərclərində də sosialyönlü istiqamətlər, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də müdafiə və milli təhlükəsizlik sahəsi xüsusi diqqətdə saxlanılıb. İcra edilməyən 2 mlrd. manat xərclərin əsas hissəsi ümumi dövlət xidmətləri bölməsinə, o cümlədən idarəetmə aparatına və Naxçıvan üzrə dotasiya məbləğinə, qismən də müdafiə sahəsinə aid olub.