Polşanın yeni prezidenti Karol Navroçkinin andiçmə mərasimi avqustun 6-da baş tutacaq.Bunu jurnalistlərə Seymin (Polşa parlamentinin aşağı palatası) sədri Şimon Holovniya bildirib.
“Mən bildiyimə görə, andiçmə mərasimi avqustun 6-da baş tutacaq” Holownia TVP Info tərəfindən yayımlanan mətbuat konfransında deyib.
İstefa verən prezident Anjey Dudanın səlahiyyət müddəti avqustun 6-da başa çatır. Onun varisi Navrocki iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunda 50,89 faiz səslə qalib gəlib. (Tass)