Rusiya İranın nüvə probleminin sülh yolu ilə həllinə yönəlmiş səyləri tam dəstəkləyir.
Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, biz İranın nüvə probleminin sülh yolu ilə həllinə yönəlmiş səyləri tam dəstəkləyirik”, – Kreml nümayəndəsi müvafiq suala cavab olaraq vurğulayıb. (Tass)