Abxaziya Respublikası tamhüquqlu Fələstin dövlətinin yaradılmasının zəruriliyi məsələsində Rusiya Federasiyası ilə həmrəydir. Bunu Abxaziyanın xarici işlər naziri İnal Ardzinba “Rossiya-24” telekanalının canlı efirində deyib.
“Biz rusiyalı həmkarlarımızla həmrəyik, hesab edirik ki, tamhüquqlu Fələstin dövləti yaradılmalıdır. Münaqişə çox mürəkkəbdir, dərin tarixə malikdir – 75 il. Təbii ki, ABŞ-ın mövqeyi belə nəticəyə gəlib faktdır ki, bu gün dünyanın müxtəlif yerlərində geosiyasi gərginlik yaranır, silahlı münaqişələrin yaranması üçün şərait yaradılır”, – deyə Ardzinba bildirib.
“Biz hesab edirik ki, bu regionda geosiyasi tarazlıq və tamhüquqlu Fələstin dövlətçiliyi üçün şərait yaratmaq lazımdır”, – nazir əlavə edib. (Tass)