Estoniya piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava Konvensiyasından çıxıb. Postimees nəşrinin saytı xəbər verir ki, Riigikogu (parlament) plenar iclasında 101 deputatdan 81-i bu beynəlxalq müqavilənin denonsasiyası təşəbbüsünü dəstəkləyib.
“Estoniya 20 ildən artıqdır ki, Ottava Konvensiyasına qoşulub. O vaxtdan bəri Avropa və Baltik dənizi regionunda təhlükəsizlik vəziyyəti xeyli pisləşib, hərbi təhlükə artıb”, – hesabatda parlamentin konvensiyadan çıxmağın lehinə arqumentlərə istinad edilir.
Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın qeyd etdiyi kimi, bir ölkə öz rəqibinin istifadə etdiyi silahlara birtərəfli qaydada məhdudiyyətlər qoyanda, o, özünü əlverişsiz vəziyyətə salır. Nazirin sözlərinə görə, Ottava Konvensiyasından çıxmaq Estoniya ordusuna lazım gəldikdə ölkənin müdafiəsi üçün qəbul edilə biləcək qərarların seçimində daha çox çeviklik və sərbəstlik verəcək. (Tass)