Şimali Atlantika Şurası müdafiə nazirləri səviyyəsində Amerika Hərbi Hava Qüvvələri general-leytenantı Aleksus Qrinkeviçi NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsinə təsdiq edib. Bu barədə alyansın mətbuat xidmətinin bəyanatında deyilir.
“Şimali Atlantika Şurası ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviçin NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin komandanı vəzifəsinə təyin edilməsinə razılıq verib”, – deyə mətbuat xidməti məlumat yayıb.
Qrinkeviç general Kristofer Kavolini əvəzləyərək bu vəzifədə “yayın sonuna qədər” öz vəzifələrini icra edəcək. (Tass)