NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə keçirilən iclasda alyansın hərbi potensialının Soyuq Müharibədən bəri ən əhəmiyyətli genişləndirilməsi planlarını təsdiqləyiblər.
“Hərbi potensialın artırılması üçün iddialı planlar qəbul etmişik. Buraya hava hücumundan müdafiə sistemləri, tanklar, uzaq mənzilli sistemlər, pilotsuz təyyarələr və quru qoşunları daxildir. Təbii ki, bunun üçün NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır”, – Rutte bildirib.
O təsdiq edib ki, NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammiti üçün alyans ölkələri üçün hərbi xərclər həddinin hazırkı ÜDM-in 2%-dən 5%-ə qaldırılması ilə bağlı “təklif verib”. (Tass)