İyun 14, 2025-2:33
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

QMİ sədri: İrəvan Qazılığının yaradılmasına Ermənistanın münasibəti bizi maraqlandırmır

“İrəvan Qazılığının yaradılmasına Ermənistanın münasibəti bizi maraqlandırmır”.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İrəvan Qazılığı yaradılmayıb, bərpa edilib.

 

“Sonrakı dövrlərdə azərbaycanlılar İrəvandan deportasiya edildiyi üçün İrəvan Qazılığının fəaliyyəti dayandırılmışdı. Ümid edirik ki, yenidən öz torpaqlarımıza qayıdacağıq. Bu gün burada Qazılıq fəaliyyətinə davam edirsə, inanırıq ki, tezliklə o torpaqlarda da fəaliyyət bərpa olunacaq” – A.Paşazadə bildirib.