ABŞ prezidenti Donald Tramp səsdən sürətli aviasiyanın inkişafına yardımın bərpası haqqında sərəncam imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Amerika bir vaxtlar səsdən sürətli aviasiya sahəsində dünya lideri idi, lakin onilliklər ərzində sərt məhdudiyyətlər irəliləyişi dayandırdı. Bu sərəncam tənzimləyici maneələri aradan qaldırır ki, Amerika şirkətləri yenidən səsdən sürətli uçuşa üstünlük verə bilsinlər”, – mətbuat xidmətinin bəyanatında deyilir. (Tass)