Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, NATO artıq əsl mahiyyətini gizlətmir və birbaşa özünü təcavüz və qarşıdurma aləti kimi göstərir.
O, alyansın hava hücumundan müdafiə imkanlarının 400% artırılmasını belə şərh edib.
“İndi Şimali Atlantika Alyansı bütün maskalarını yerə ataraq, təcavüz və qarşıdurma aləti kimi özünün mahiyyətini hər cür nümayiş etdirir. Şimali Atlantika Alyansı məhz belə bir alətdir. O, qitədə sabitliyin və təhlükəsizliyin qorunması üçün alət deyil. Bu, qarşıdurma üçün yaradılmış bir alətdir və indiyə qədər də özünü göstərmə qabiliyyətini qoruyub saxlayıb. mahiyyəti reallıqdadır”, – Kreml nümayəndəsi bildirib. (Tass)