İyun 14, 2025-1:40
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Samuxda yas mərasimlərində dəyişiklik edildi – Qərarın icrası könüllüdür

Samux rayonunda yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər rəsmən təkzib edilib.

Teleqraf-ın yerli bürosuna danışan Samux rayonunun axundu İlham Məmmədov bildirib ki, rayonda ehsan vermək qadağan olunmayıb, sadəcə, ağsaqqalların təşəbbüsü ilə müəyyən sadələşdirmə təklifləri irəli sürülüb.

“Bir müddət idi rayon ağsaqqalları ehsanların sadələşdirilməsini təklif edirdilər. Mən də görüşlərə dəvət olundum. Yekunda belə qərara gəldik ki, dəfn və üç mərasimində ət yeməkləri ortadan götürülsün, daha sadə ehsan verilsin. Amma bu, məcburi deyil, heç bir dövlət orqanının qərarı da yoxdur”, – deyə axund açıqlayıb.

İlham Məmmədov əlavə edib ki, qərar əhalinin əksəriyyəti tərəfindən müsbət qarşılanıb, çünki çox zaman insanlar maddi sıxıntı səbəbilə borc və çətinliklərə düşürdülər.

“Əzizi rəhmətə gedən şəxs bir də borc içində qalır. Sadələşdirmə bu baxımdan faydalıdır. Amma təbii ki, narazı qalanlar da var. Yalan məlumatlar yayılır ki, guya bu qərar məcburidir, cərimə var – bu, qətiyyən doğru deyil”, – deyə axund söyləyib.