NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir. Bu fikri Böyük Britaniyada keçirilən konfransda çıxışı zamanı alyansın baş katibi Mark Rutte deyib.
“Rusiya bütün NATO ölkələrinin birlikdə istehsal etdiyi sursatdan 4 dəfə çox sursat istehsal edir, baxmayaraq ki, onun iqtisadiyyatı bütün NATO iqtisadiyyatlarından 25 dəfə kiçikdir. Hər hansı bir münaqişənin əsasını döyüş sursatı təşkil edir. Əgər sursatınız yoxdursa, işə başlamayın”, – Rutte bildirib. Rusiya iqtisadiyyatı “artıq 100% müharibə vəziyyətindədir” deyən o, Avropa iqtisadiyyatının militarizasiyasını sürətləndirməyə çağırıb.
Ruttenin sözlərinə görə, “Rusiya hazırda NATO-ya hücum edə bilməz, lakin bunu 3-5 il ərzində edə biləcək”. O, NATO ölkələrini hava hücumundan müdafiə sistemlərinin sayını 5 dəfə artırmaq, tankların, zərbə sistemlərinin, pilotsuz təyyarələrin istehsalını artırmaqla və xeyli sursat ehtiyatı yaratmaqla buna hazırlaşmağa çağırıb.
Üç-beş illik rəqəmin haradan gəldiyini soruşduqda, baş katib “NATO ordusunun danışdığı budur” dedi. “Məsələn, ötən gün Almaniya Baş Qərargahının rəisi Rusiyanın 2029-cu ilə qədər, yəni dörd ildən sonra NATO-ya hücum etməyə hazır olacağını söylədi”, – Rutte bildirib. (Tass)