İyun 17, 2025-14:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İİTKM: İşəgötürənlərlə işaxtaranların qarşılıqlı əlaqəsi sadələşdirilib

2025:06:10 - 14:24
in SOSİAL
A A

Azərbaycanda yeni məşğulluq xidmətləri modeli ilə işəgötürənlərin və işaxtaranların qarşılıqlı əlaqəsi sadələşdirilib, vakansiya bankı vasitəsilə iş imkanlarına əlçatanlıq artırılıb, elektron informasiya sistemləri ilə məlumat mübadiləsi sürətləndirilib.

Bunu “Report”a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə bildirib.

“Eyni zamanda, hər işəgötürən üzrə kvotanın miqdarının artırılıb və müraciətlərin ƏMAS (Əmək və Məşğulluq altsistemi) üzərindən qəbul edilməsi ilə iş yerləri ilə bağlı nəzarət gücləndirilib. Bu yanaşmalar işsizliyin azaldılmasına, işəgötürənlərin ehtiyaclarına uyğun kadrların təmin olunmasına, eləcə də məşğulluq sahəsində şəffaflıq və ədalət prinsiplərinin daha yüksək səviyyədə tətbiqinə imkan yaradır”, – deyə o qeyd edib.

Bundan başqa, S.Cumazadənin sözlərinə görə, işsizliyin azaldılması və məşğulluğun artırılması, sosial baxımdam həssas qrupların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, həmçinin işəgötürənlərin maliyyə yükünün yüngülləşdirilməsi məqsədilə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi yenidən tərtib edilib: “Bu mexanizm, eyni zamanda, qeyri-rəsmi məşğulluğun azaldılması, daha geniş əhali kütləsinin rəsmi əmək münasibətlərinə cəlb olunması ilə sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət edir. Aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması və sosial dialoqun inkişaf etdirilməsi əmək bazarında səmərəliliyi artırmaqla yanaşı, həm işçilər, həm də işəgötürənlər üçün daha əlverişli şərait yaradır”.

“Proaktiv xidmətlərin inkişafı istiqamətində görülən tədbirlər – işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, prosedurların sadələşdirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və əmək bazarına inteqrasiya prosesində çətinlik çəkən şəxslərin dəstəklənməsi, özünüməşğulluğun genişləndirilməsi və icra mexanizminin təkmilləşdirilməsi Məşğulluq Strategiyasında müəyyən olunmuş hədəflərə çatmaqda həlledici rol oynayır. Eyni zamanda, qeyri-rəsmi məşğulluğun qarşısını almaq üçün əmək bazarında monitorinq və proqnozlaşdırma sistemlərinin gücləndirilməsi də bu prosesin ayrılmaz tərkib hissəsidir”, – deyə o əlavə edib.

İİKTM rəsmisi sonda deyib ki, “2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görülən tədbirlər Azərbaycanın əmək bazarında şəffaflıq və effektivliyin artmasına, sosial ədalətin təmin olunmasına və inklüziv inkişafın dəstəklənməsinə mühüm töhfə verir: “Strategiya təkcə məşğulluq imkanlarının artırılmasına deyil, həm də işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirləri əhatə edir. Ümumilikdə, Strategiyanın uğurlu icrası daha müasir və rəqabətqabiliyyətli əmək bazarının formalaşdırmaqla məşğulluq imkanlarının genişləndirilməsində, sosial rifahın gücləndirilməsində və ümumilikdə Azərbaycanda daha dayanıqlı və inklüziv iqtisadi inkişaf modelinin qurulmasında əhəmiyyətli rol oynayacaq”.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Növbəti Yazı

Türkiyənin Səhiyyə Nazirliyi Antalyada Koksaki virusunun yayılması ilə bağlı xəbərləri təkzib edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.