Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ehtimalı ilə bağlı İrəvandan heç bir siqnal gəlməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ermənistanda yerləşdirilən Rusiya hərbi bazasına gəlincə, biz onun mümkün çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal almamışıq. Respublikanın rəsmiləri, o cümlədən ictimaiyyət qarşısında belə məsələlərin gündəmdə olmadığını təsdiqləyirlər”, – diplomat bildirib. (Tass)