İsrail Xarici İşlər Nazirliyi Ukraynadakı səfirinin İsrail tərəfinin ABŞ-dan aldığı və 1990-cı illərdə istifadə edilən Patriot hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verməsi ilə bağlı bəyanatını rəsmən rədd edib. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova deyib.
“Biz İsrail Xarici İşlər Nazirliyindən bu bəyanatların reallığa uyğun olmadığına dair açıqlama aldıq”, o qeyd edib. (Tass)