Avropa ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təşəbbüsünü dəstəkləmir. Macarıstanın baş naziri Viktor Orban bu barədə jurnalist Ben Şapiroya müsahibəsində deyib.
“Hər kəs başa düşməlidir: bu müharibəni səngərdə qazanmaq mümkün deyil. Avropalılar ABŞ prezidentinin sülh təşəbbüsünü dəstəkləmir və faktiki olaraq onu müharibə tərəfdarı mövqeyinə qaytarmaq istəyirlər”, – Orban deyib. (Tass)