Hərbi münaqişələr zamanı pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır. Bunu ABŞ prezidenti Donald Tramp New York Post -un Pod Force One podkastının efirində deyib.
“Bəli, bu doğrudur. Üç il əvvəl heç kim onların (PUA-ların ) bu qədər yaxşı ola biləcəyini təsəvvür edə bilməzdi”, – prezident jurnalistin pilotsuz uçan aparatların milli təhlükəsizliyə təhdid olub-olmaması ilə bağlı sualını cavablandırıb.
Tramp həmçinin qeyd edib ki, o, ABŞ-da dronları qadağan etmək fikrində deyil, lakin “bir neçə məqamı nəzərə almaq lazımdır”. Onun sözlərinə görə, Birləşmiş Ştatlar digər ölkələrlə müqayisədə “daha çox pilotsuz təyyarə almalıdır”. (Tass)