Avqust 25, 2025-22:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Hikmət Hacıyev: Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır

2025:06:12 - 17:22
in SİYASƏT
A A

Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Jordan News Agency” nəşrinə bildirib.

H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında möhkəm, çoxillik və həqiqətən qardaş münasibətləri formalaşıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında davamlı dialoqu xüsusi qeyd edərək, liderlər arasındakı əlaqələri “ikitərəfli əməkdaşlığın təməl daşı” adlandırıb.

Prezidentinin köməkçisi İordaniya vəliəhd şahzadəsi Əl-Hüseyn bin Abdullanın keçən il Bakıya səfərinin və onun BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) çərçivəsində Prezident İlham Əliyevlə görüşünün əhəmiyyətini vurğulayıb. O, danışıqları Azərbaycan-İordaniya tərəfdaşlığının daha da möhkəmləndirilməsi üçün məhsuldar və strateji cəhətdən vacib kimi xarakterizə edib.

“Bu görüşün nəticələrinə əsasən, Azərbaycan Prezidenti hökumətə İordaniya ilə əlaqələrin, xüsusilə iqtisadiyyat və ticarət sahələrində dərinləşdirilməsi üzrə işləri aktivləşdirmək tapşırığı verib”, – nəşr H.Hacıyevin sözlərini sitat gətirib.

“Bakı və Amman beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qlobal gündəmin bir sıra aktual məsələləri üzrə oxşar mövqelər tutur” – deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

Əvvəlki Yazı

Sahibə Qafarova: TÜRKPA ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platformadır

Növbəti Yazı

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.