Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Rusiya Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik ünvanlayıb. Bu barədə ərəb dövləti başçısının ofisinin bəyanatında deyilir.
“Əlahəzrət Əmir Şeyx Təmim bin Həməd Al Tani Rusiya Federasiyasının Prezidenti Zati-aliləri Vladimir Putinə milli bayram münasibətilə təbrik teleqramı göndərib”, – Qətər Xəbər Agentliyinin mətnindən sitat gətirilən bəyanatda deyilir. Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani Rusiyanın baş naziri Mixail Mişustinə də analoji teleqram göndərib. (Tass)