ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı yaxşı razılaşmaya kifayət qədər yaxındırlar, Amerika administrasiyası hələlik İsrailin İslam Respublikasında mümkün hərbi əməliyyatını görmək istəmir. Bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp deyib.
O, İsrailin İrana zərbə endirməsi ehtimalını şərh edib. “Baxın, mən İranla müqavilə bağlamaq istəyirəm. Razılaşmaya çox yaxınıq. Biz kifayət qədər yaxşı razılaşmaya yaxınıq. Amma bu, yaxşı razılaşmadan daha yaxşı olmalıdır. Mən onların (İsrail ) daxil olmasını əməliyyata başlamasını istəmirəm, çünki düşünürəm ki, bu, hər şeyə kömək edə bilər, amma bu həm də onu məhv edir”, – Tramp bildirib. (Tass)