Yaxın Şərqdə İsrail və İranın iştirakı ilə genişmiqyaslı münaqişə təhlükəsi yaranıb. Bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp deyib.
“Baxın, genişmiqyaslı münaqişə təhlükəsi var”, o, Amerika mətbuatında İsrailin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı nəşrləri şərh edərkən bildirib.
“Bizim bu regionda çoxlu amerikalı var. Mən dedim ki, onlara getmələrini söyləməliyik, çünki nəsə baş verə bilər. Tezliklə”, – Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.