İran ABŞ-ın İsrail-Fələstin münaqişəsinə müdaxilə ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcək. Bunu İslam Respublikasının Prezidenti İbrahim Rəisi Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
“Vaşinqton bizdən təmkin nümayiş etdirməyi və [Fələstin-İsrail münaqişəsinə] qarışmamağı xahiş edir, eyni zamanda sionist varlığa [İsrailə] geniş dəstək verir. Belə bir vəziyyətdə biz bu tələbi etibarsız hesab edirik”, – Rəisi deyib. (Tass)