Şərqi Azərbaycan Vilayətinin Böhran Vəziyyətlərinin İdarə Edilməsi İdarəsinin rəisi bildirib ki, İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə bir gecədə endirdiyi zərbələr nəticəsində azı üç iranlı həlak olub.
“Tasnim” agentliyi məmurdan sitat gətirir: “Sionist rejimin (İsrail nəzərdə tutulur) Şərqi Azərbaycanda 10 yaşayış məntəqəsinə hücumundan sonra Təbrizə hücumu nəticəsində 3 soydaşımız həlak olub”.