İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki hərbi obyektlərə genişmiqyaslı zərbələr dalğasını tamamlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun açıqlamasına görə, zərbələrin hədəfi İranın hava hücumundan müdafiə obyektləri olub. Mətbuat xidmətinin məlumatına görə, nəticədə onlarla radiolokasiya stansiyası və raket buraxılış qurğusu məhv edilib. (Tass)