“Dövlət maliyyəsinin daha səmərəli idarəolunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyində müvafiq İşçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb”.
Teleqraf xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, islahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, optimallaşması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesində tətbiqi imkanları təmin olunacaq: “Bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha baxılacaq”.