İyun 16, 2025-7:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

2025:06:13 - 13:50
in SİYASƏT
A A

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramını Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, deputatlar, universitetin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri izləyiblər.

Tədbirdə 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin milli kinomuzun inkişafındakı tarixi xidmətlərindən danışılıb, Ulu Öndərin Azərbaycanın milli kinoları ilə bağlı çıxışlarına dair videoçarxlar nümayiş etdirilib.

Konsertdə Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Qara Qarayev, Rauf Hacıyev, Arif Məlikov, Cahangir Cahangirov, Üzeyir Hacıbəyli kimi dahi bəstəkarların sevilən kino musiqiləri ifa olunub, milli kinomuzun incilərindən fraqmentlər səhnədə canlandırılıb. Proqrama uyğun solistlər, tanınmış Xalq artistləri və Əməkdar artistlər, Prezident mükafatçıları, universitetin müəllim və tələbələri çıxış ediblər. Konsertin bədii rəhbəri Əməkdar artist, dosent Mübariz Əsgərov, rejissoru Xalq artisti Kamran Quliyev, dirijorları isə Naxçıvan Dövlət Universitetinin müəllimi, Xalq artisti, professor Çingiz Axundov və universitetin müəllimi, Əməkdar artist Səməd Əsgərov olub.

Konsertin sonunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli səhnə arxasına keçərək sənət adamları ilə səmimi söhbət edib, çıxışları yüksək dəyərləndirib, sənət yolunda hər birinə uğurlar arzulayıb.

Sənət adamları göstərilən diqqət və dəstəyə görə minnətdarlıq ediblər.

Konsert proqramı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Əvvəlki Yazı

Bu il Ağdərə, Laçın, Zəngilan və Cəbrayılda azı 240 hektar meşə sahəsi bərpa ediləcək

Növbəti Yazı

Günay Əfəndiyeva: Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil sahəsində ortaq dil və dəyərlərlə hərəkət etməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.