İyun 15, 2025-1:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qazaxda tədbir: “Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!

2025:06:13 - 14:15
in SİYASƏT
A A

Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Bildirilib ki, 1991-ci ildə xalqımız yenidən öz müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi onun əldə olunmasından çətin olduğu, asan olmadığı dövrdə baş verən hadisələr nəticəsində xalqımız ölkəmizdə hakimiyyət dəyişikliyi ilə üzləşdi. Xalqımız xaos, anarxiya baş verdiyi bir dövrdə xilas yolunu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasında gördü, ona güvəndi və arxalandı. Natiqlər çıxış zamanı məhz o dövrdə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışıblar.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Bir qrup partiya fəalı YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.

Əvvəlki Yazı

Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib

Növbəti Yazı

Əli Məsimli: “Qaz təchizatı haqqında” yeni qanunla bağlı qeyri-müəyyənlik var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.