İranın yeni raket zərbələrindən sonra iyunun 16-na keçən gecə İsrail xəstəxanaları müxtəlif şikayətlərlə ümumilikdə 287 xəstəni qəbul edib. Bu barədə yəhudi dövlətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun xülasəsinə görə, bir nəfərin vəziyyəti ağır, 13 nəfərin vəziyyəti orta ağır, 240 nəfərin xəsarəti isə yüngül qiymətləndirilir. Daha 11 nəfər şok keçirərək həkimə müraciət edib və hazırda 20-dən çox xəstə müayinədən keçdiyi üçün onların vəziyyətinin ciddiliyi hələ müəyyən edilməyib. (Tass)