Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen bildirib ki, İran və İsrail arasında silahlı qarşıdurma hələlik Avropa Birliyinin enerji təhlükəsizliyinə təsir göstərməyib.
“Biz təbii ki, İrandan neft almırıq. Avropa Komissiyası vəziyyəti və bazarları diqqətlə izləyir. Biz qiymət vəziyyəti ilə bağlı şərh vermirik, lakin Aİ ölkələri bu cür böhranlara hazırdır. Onların 90 günlük ehtiyatları var, indiyədək Yaxın Şərqdəki münaqişə Aİ-nin enerji təhlükəsizliyinə təsir etməyib”, – o deyib. (Tass )