İsrail Müdafiə Qüvvələri İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının (hava hücumundan müdafiə qüvvələrinin qərargahı) “Xatəm əl-Ənbiya”nın rəisi, SEPAH generalı Əli Şadmanini gecə İrana endirdiyi zərbələr zamanı öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri İran rejiminin yüksək rütbəli hərbi komandirini öldürüb. Dəqiq kəşfiyyat məlumatlarının ardınca İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr gecə saatlarında Tehranın mərkəzində yerləşən qərargahlara hücum edərək, Baş Qərargah rəisi, ən yüksək rütbəli hərbi komandir və İran lideri Əli Xamneyinin ən yaxın adamı Əli Şadmanini öldürüblər.”