Fövqəladə videokonfrans zamanı Aİ xarici işlər nazirləri İranın nüvə silahına malik olmaması ilə bağlı mövqedə razılaşıblar və İran və İsrail arasında gərginliyin azaldılmasına çağırıblar, Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas deyib.
“Nazirlər qərara gəliblər ki, İran nüvə silahına malik olmamalıdır. Biz gərginliyi azaltmağa və diplomatik səylərə çağırırıq”, – o deyib.
Kallas təsdiqləyib ki, Aİ xarici işlər nazirləri “həmçinin neft bazarının sabitliyini dəstəkləmək üçün işləmək” barədə razılığa gəliblər və Aİ vətəndaşlarının münaqişə bölgəsindən təxliyəsi üçün səyləri əlaqələndirirlər. (Tass)