Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağında mövcud böhranın qlobal münaqişəyə çevrilməsi riski barədə xəbərdarlıq edib. O, İordan çayının qərb sahilinin Ramallah şəhərində Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə Yaxın Şərqdə pisləşən vəziyyəti müzakirə edib.
“Prezident Abbas, istər Qəzza zolağında, istər İordan çayının qərb sahilində, istərsə də Qüdsdə fələstinlilərin evlərindən və torpaqlarından qovulmasına qarşı çıxıb”, – WAFA xəbər agentliyi məlumat yayıb.
Prezidentin sözlərinə görə, “qəbuledilməz hərbi və təhlükəsizlik qərarları potensial olaraq regional və ya qlobal münaqişəyə çevrilə biləcək hazırkı vəziyyətə gətirib çıxarıb”.
Abbas “Ərəb ölkələri və onların xalqına göstərdikləri dəstəyə, Fələstin xalqının hüquqlarını müdafiə etdiyinə və İsrailin təcavüzünə son qoymağa çağırdığına görə minnətdarlığını” ifadə edib. (Tass)