ABŞ prezidenti Donald Tramp hazırda İranın ali dini lideri Ayətullah Əli Xamneyini məhv etmək planının olmadığını deyib, lakin onun “şərtsiz təslim olmasını” tələb edib.
“Biz qondarma Ali Liderin [İranın] harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, lakin orada təhlükəsizdir. Biz onu məhv etmək (öldürmək) fikrində deyilik, ən azı hələ ki, yox”, – Amerika lideri Truth Social-da yazıb.
“Lakin biz mülki şəxslərə və ya Amerika əsgərlərinə raketlərin atılmasını istəmirik. Səbrimiz tükənir”, – Tramp bildirib. “Qeyri-şərtsiz təslim!” yazıb. (Tass)