ABŞ prezidenti Donald Tramp əvvəlki diplomatik səylərə baxmayaraq, İranın nüvə obyektlərinə zərbələr endirmək üçün Amerika ordusundan istifadə etməyə getdikcə daha çox meyl edir.
Bu barədə CNN-ə administrasiyanın müzakirələri ilə tanış olan iki mənbə bildirib.
Mənbələrin bildirdiyinə görə, Tramp hələlik sülh yolu ilə nizamlanmanın mümkünlüyünü istisna etməyib, ancaq Tehran əhəmiyyətli güzəştlərə getsə. Bununla belə, onun mövqeyi son günlər nəzərəçarpacaq dərəcədə sərtləşib və danışıqlara getdikcə daha az meyl göstərir. (Tass)