Avqust 18, 2025-23:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Yol polisi kvadrisikl sürənlərə xəbərdarlıq edib

2025:06:18 - 9:55
in SOSİAL
A A

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) kvadrisikllarla bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə BDYPİ-nin məlumatında bildirilib.

Məlumata əsasən, son dövrlərdə Azərbaycanda, xüsusilə turizm və istirahət zonalarında kvadrisikllərin istifadəsi hallarında artım müşahidə olunur:

“Təəssüf ki, bəzi hallarda bu nəqliyyat vasitələri ilə yol hərəkəti qaydaları pozulur, təhlükəli formada idarə edilirlər. Nəticədə, konstruktiv quruluşuna görə passiv təhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyat vasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur”.

Bildirilib ki, kvadrisikllər istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşu səbəbindən ciddi təhlükə yaradır və bu nəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyat vasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkan verilməməsini valideynlərin diqqətinə çatdırıb.

Əvvəlki Yazı

Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub

Növbəti Yazı

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.