Avqust 18, 2025-23:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Əlyazmalar İnstitutunda Qasım bəy Zakirin irsinə həsr olunmuş elmi sessiya keçirilib

2025:06:18 - 10:26
in SOSİAL
A A

İyunun 17-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, XIX əsr realist Azərbaycan ədəbiyyatının nümayəndəsi, maarifçi, realist satiranın banisi Qasım bəy Zakirin həyat və yaradıcılığına həsr olunmuş “Qasım bəy Zakirin bədii irsi” adlı elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov giriş nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamına əsasən keçirilən bu tədbirin Zakir irsinin daha dərindən öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İnstitutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri dosent Raqub Kərimov, aparıcı elmi işçi fil.ü.f.d. Tünzalə Seyfullayeva, elmi işçi Sevinc Muxtarova, böyük laborant Nərmin Cəlilova və redaktor Vəfa Şərifova məruzələrində Qasım bəy Zakirin Azərbaycan ədəbiyyatında mövqeyindən, onun əlyazma irsindən, qeyri-mətbu şeirləri və satirasından, o cümlədən Azərbaycan-rus ədəbi əlaqələrindəki rolundan bəhs edib, şairin klassik Şərq ədəbiyyatının ən yaxşı cəhətlərini özünəməxsus lirik üslubda inkişaf etdirdiyini vurğulayıblar.

Tədbirdə həmçinin institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Əliyevin və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Aybəniz Rəhimovanın məruzə ətrafında çıxışları dinlənilib.

Sonda tədbir iştirakçıları İnstitut kitabxanasının hazırladığı, şairin yaradıcılığını və bədii irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Əvvəlki Yazı

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Növbəti Yazı

Hacıqabulda Ağcabədi sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.