İyunun 13-dən indiyədək İran ərazisindən İsrailə 400 ballistik raket atılıb, hərbi sursatların düşdüyü 40 yer qeydə alınıb, 24 nəfər ölüb, 800-dən çox insan yaralanıb. Bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman öz Teleqram kanalında məlumat verib.
“Əməliyyat başlayandan [İsrailə qarşı] 400-ə yaxın ballistik raket atılıb, yüzlərlə pilotsuz uçuş aparatı buraxılıb və təxminən 40 döyüş sursatı zərbəsi yeri qeydə alınıb. Mülki itkilər: 24 ölü, 804 yaralı”, – Gendlman yazıb. (Tass)