İraqın xarici işlər naziri və baş nazirin müavini Fuad Hüseyn Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə telefon danışığı keçirib və İran-İsrail qarşıdurmasının kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
İraqın İNA xəbər agentliyinin verdiyi məlumata görə, onlar “mövcud vəziyyətin ciddiliyini qeyd edib və beynəlxalq ictimaiyyətin bütün tərəflərin hərbi əməliyyatları dayandırması üçün təcili hərəkətə keçməsinin vacibliyini vurğulayıblar”.
Hüseyn və Barro xəbərdarlıq ediblər ki, “eskalasiyanın davam etməsi həm iqtisadi, həm də humanitar sahədə daha geniş beynəlxalq böhranlara gətirib çıxaracaq”.
İraq və Fransanın xarici işlər nazirliklərinin başçıları “müharibənin genişlənməsinin qarşısının alınmasının vacibliyini və ona yeni regional və beynəlxalq tərəflərin cəlb edilməsinin [yolverilməzliyi] vacibliyini, çünki bu, qlobal təhlükəsizlik və sabitliyə təhlükə yaradacağını” bəyan ediblər. (Tass)