İranın ali dini lideri Ayətullah Əli Xamenei respublikanın İsraillə qarşıdurmadan qalib çıxacağını bildirib.
Mətbuat xidmətinin məlumatına görə, o, xalqa müraciətində deyib: “Uca Allah, şübhəsiz ki, İran xalqına qələbə, haqq və ədalət bəxş edəcək.
“Amerikalılar və bu regionun siyasətinə bələd olanlar bilirlər ki, Amerikanın bu problemə qarışması şübhəsiz onların ziyanına olacaq və onlar zərbə alacaqlar. Bu zərbə İranın vuracağı zərərdən çox daha sarsıdıcı olacaq”, – o qeyd edib.
İranın əks-hücumları İsraili zəiflədib və Tehranın yeni cavab zərbələri endirmək planı var, Xamenei hesab edir.