Avqust 18, 2025-23:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Yeni parkda gənc rəssamların sərgisi açılıb

2025:06:19 - 13:49
in SİYASƏT
A A

Son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parkları ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin, ətraf mühitinin qorunması ilə yanaşı, müasirləşdirilməsi və problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu qəbildən görülən işlər nəticəsində bir neçə ay əvvəl metronun “Gənclik” stansiyasının yaxınlığında istifadəyə verilən yeni park artıq şəhər sakinlərinin, qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib. Burada təşkil olunan kütləvi tədbir və konsertlər parkı gənclər üçün daha cəlbedici edir.

BŞİH-in humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi “Yeni park – gənc rəssamların gözü ilə” adlı tədbir-sərgi məhz günü-gündən gözəlləşən və “parklar şəhəri” adlandırılan “Gənclik” stansiyasının yaxınlığındakı həmin parka həsr olunub.

Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiya tələbələrinin yeni parka həsr olunan 40-dan çox əl işi nümayiş etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu, Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, gənc rəssam Sevinc Gəncəliyeva sərginin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, rəsm əsərlərində parkın özəlliklərinin xüsusi olaraq vurğulanması barədə danışıb, bu kimi sərgilərin digər parkların ərazilərində təşkil edilməsinin maraqla qarşılanacağını bildiriblər.

Rəsm əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib — Fatimə Əliyeva birinci yerə, Leylahon Nurmetova ikinci yerə, Sevinc Gəncəliyeva, Nigar Qasımova, Aydan Qurbanova və Narın Zeynalabduyeva isə üçüncü yerə layiq görülüblər.

Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.

Əvvəlki Yazı

Azərbaycan MAMA “Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur

Növbəti Yazı

Ermənistan silahlı qüvvələrinin generalı məhkəmədə Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.