Türkiyə ordusu İran da daxil olmaqla sərhədlərdə təhlükəsizlik tədbirlərini artırıb və nəzarətsiz miqrasiya dalğalarını görmür. Bu barədə Ankarada jurnalistlərə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.
“Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən müasir texniki sistemlərlə sutkada 24 saat növbətçilik edir. İranla sərhəd də daxil olmaqla, bütün sərhədlərimizdə gücləndirilmiş təhlükəsizlik tədbirləri və əlavə təhlükəsizlik tədbirləri görülüb. Nəzarətsiz miqrasiya yoxdur”, – deyə mənbələr bildiriblər. (Tass)